İngiltərənin "Liverpul" klubu futbolçusu Kiran Morrisonu icarəyə verib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Mersisayd təmsilçisi məlumat yayıb.
19 yaşlı vinger 2026/2027 mövsümündə "Şeffild Uensdey"də çıxış edəcək.
Xatırladaq ki, Kiran Morrison 2019-cu ildə "Liverpul"un aşağı yaş qruplarına cəlb olunub. O, 2025-ci ildən əsas komandada yer alırdı.
