Eden Hazardın vurduğu qol aprel ayının ən yaxşı qolu seçilib

A- A A+

İngiltərənin “Çelsi” futbol klubunun yarımmüdafiəçisi Eden Hazardın “Vest Ham” komandasına vuruğu qol Premyer Liqada aprel ayının ən yaxşı qolu seçilib.

NUHÇIXAN çempionatın saytına istinadla xəbər verir ki, 28 yaşlı belçikalı yarımmüdafiəçi görüşün 24-cü dəqiqəsində 3 futbolçunu keçərək qol vurub. Hazard matçın 90-cı dəqiqəsində bir daha fərqlənərək komandasının 2:0 hesablı qələbəsini təmin edib.

Qeyd edək ki, belçikalı yarımmüdafiəçi cari mövsümdə London klubunun heyətində keçirdiyi 49 oyunda 19 qol vurub və 15 məhsuldar ötürmə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: