"Barselona" Juan Kanselu ilə 2029-cu ilədək müqavilə imzalayı

A- A A+

İspaniyanın "Barselona" klubu azad agent statusunda olan Portuqaliya millisinin futbolçusu Juan Kanselu ilə müqavilə imzalayıb.

NUHÇIXAN Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi ilə müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

32 yaşlı oyunçu komandaya azad agent kimi qoşulub.

Kanselu daha əvvəl kataloniyalıların heyətində icarə əsasında çıxış edib. O, 2023/2024 mövsümündə "Mançester Siti"dən (İngiltərə) "Barselona"ya keçərək 42 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.

Daha sonra Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna yollanan futbolçu 2026-cı ilin yanvarında yenidən icarə əsasında İspaniya təmsilçisinə qayıdıb və keçirdiyi 23 qarşılaşmada 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Karyerası ərzində"Mançester Siti" ilə yanaşı, Portuqaliyanın "Benfika", İspaniyanın "Valensiya", İtaliyanın "İnter" və "Yuventus" klublarında da çıxış edən müdafiəçi "Bavariya"da (Almaniya) da icarədə olub.

Qeyd edək ki, 2016-cı ildən Portuqaliya millisinin formasını geyinən J.Kanselu 73 matçda çıxış edib. O, 2018/2019 mövsümündə Millətlər Liqasının qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: