“Naxçıvan 2019” Beynəlxalq Şahmat Festivalında yeddinci turun nəticələri

A- A A+

NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Naxçıvan şəhərində keçirilən “Naxçıvan 2019” Beynəlxalq  Şahmat Festivalının yeddinci turunun nəticələri məlum olub.

“A” qrupunda yüksək reytinq uğrunda  mübarizə aparan şahmatçılardan  ilk 3 yeri  Timur Qareyev (ABŞ), Ortik Niqmatov (Özbəkistan) və Vadim  Malaxatko (Belçika) öz aralarında bölüşürlər.

Bu qrupda yer alan Naxçıvan şahmatçılarından Pərviz Qasımov masadan qalib kimi ayrılıb. Urfan Sevdimalıyev və  Toğrul Həsənzadə  yeddinci    görüşü də heç-heçə ilə başa vurublar. Sadiq Məmmədov və Talıb Babayev isə məğlubiyyətlə barışmalı olublar.  

“B” qrupuna bu dəfə də Bakı şahmatçısı Elxan Bayramov başçılıq edir. Gəncə şahmatçıları  Amil Abbasov  və Babək Cəfərli ikinci və üçüncü pillələri bölüşürlər.

12 yaşadək şahmatçıların yer aldığı “C” qrupuna liderliyi Rusiya   şahmatçısı İlqar Məmmədov edir, digər yerləri isə Gəncə idmançısı Niyazi Qafarov və Ordubad təmsilçisi Uğur Həsənli öz aralarında bölüşürlər. Qeyd edək ki, 9 turdan ibarət şahmat festivalı mayın 10-da yekunlaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: