İngiltərənin “Tottenhem” klubu ilə “Mançester Siti” arasında braziliyalı hücumçu Savinyonun transferi ilə bağlı şifahi razılıq əldə olunub.
NUHÇIXAN xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, 22 yaşlı futbolçunun transferinin dəyəri 75 milyon funt sterlinq (təxminən 88 milyon avro) təşkil edəcək.
Braziliyalı oyunçunun yaxın vaxtlarda “Tottenhem” düşərgəsinə yollanaraq tibbi müayinədən keçəcəyi bildirilir.
