Azərbaycan klublarının UEFA reytinqində topladığı xalların sayı 3,375-ə yüksəlib.
NUHÇIXAN Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçındakı qələbəsindən sonra gerçəkləşib. Ağdam klubu “Tvente”ni Niderlandda 1:0 hesabı ilə məğlub edib. Bununla da “Qarabağ”ın ölkə reytinqinə töhfəsi 1,250-yə yüksəlib və ağdamlılar bu göstəricidə “Sabah”a çatıb. Digər təmsilçilərimizdən “Zirə” 0,625, “Neftçi” 0,250 xal əldə edib.
Bu, Azərbaycan klublarının əsas mərhələlərə (qrup və ya liqadan başlayaraq) qədər olan müddət üçün rekord göstəricisidir. Klublarımız heç vaxt təsnifat və pley-off mərhələlərində bu qədər xal toplamamışdı. Bunadək rekord 3,125-ə bərabər idi. 2015/2016-cı illər mövsümündə qeydə alınan həmin rekord 11 il sonra yenilənib və cavab görüşlərində göstərici daha da arta bilər.
Azərbaycan cari mövsümdə UEFA əmsallar cədvəlində bonuslarsız ən çox xal qazanan iki ölkədən biridir. Latviya da eyni xal əldə edib. Ümumi siyahıda 6-cı yerə şərik olan Azərbaycanla Latviya bonuslar hesabına öndə qərarlaşan Portuqaliya, İspaniya, Almaniya, İtaliya və İngiltərədən geri qalır.
