Avropa çempionatı: Azərbaycanın bir boksçusu finala yüksəlib, digəri bürünc medal qazanıb - FOTOLAR
Azərbaycan boksçusu Əli Baxışov Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında finala yüksəlib.
NUHÇIXAN xəbər verir ki, 60 kiloqram çəkidə mübarizə aparan millinin üzvü yarımfinalda Furkan Avarla (Türkiyə) döyüşüb.
Hər 3 raundu xeyrinə bitirən təmsilçimiz qələbə seriyasını davam etdirib. Baxışov rəqibinə bu dəfə 3:2 (28:29, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.
Boksçumuz finalda Daniele Fabi (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.
Yarımfinalda Banuçiçək Nəsirli (48 kiloqram) isə Ellen Coysla (İrlandiya) gücünü yoxlayıb. Rəqib finala vəsiqə qazandığından boksçumuz çempionatı bürünc medalla bitirib.