İngiltərənin "Nyukasl" klubu yeni məşq kompleksinin tikintisi üçün 105 hektar sahəsi olan Vulsinqton Holl mülkünü alıb.
NUHÇIXAN "The Sun"a istinadən xəbər verir ki, layihənin dəyəri təxminən 220 milyon avro qiymətləndirilir.
Premyer Liqa təmsilçisinin rəhbərliyi yeni obyektdən əsas komanda və akademiya üçün istifadə etməyi planlaşdırır. Tikintiyə icazə alınacağı təqdirdə, köçürülmənin 2029/2030 mövsümünə qədər başa çatdırılması nəzərdə tutulur. Rəsmi müraciətin gələn ilin əvvəlində Nyukasl Şəhər Şurasına təqdim olunacağı gözlənilir.
Layihə tarixi mülkün xarakterini qorumaqla ərazini yenidən quracaq. Vulsinqton Holl kompleksinə İngiltərənin memarlıq abidələri siyahısında yer alan malikanə və geniş park zonaları daxildir. "Nyukasl" mövcud binaları və ətraf ərazini bərpa etməyi planlaşdırır.
Klubun gələcəkdə kompleksi qadın komandaları üçün də müxtəlif obyektlərlə genişləndirmək planı var.
