İtaliyanın "Yuventus" klubu Almaniyanın "Volfsburq" komandasının polşalı qapıçısı Kamil Qrabaranı heyətinə cəlb edəcək.
NUHÇIXAN "Football Italia"ya istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar müsbət nəticələnib.
Razılaşmaya əsasən, 27 yaşlı qolkiper sonradan satınalma şərti ilə icarəyə götürüləcək. Polşalı qolkiperin keçidi rəsmiləşdirmək üçün yaxın günlərdə Turinə gələcəyi gözlənilir. 2024-cü ildən "Volfsburq"da çıxış edən K.Qrabara əvvəllər "Liverpul"un gənclər komandasında və "Kopenhagen"də oynayıb.
Komandanın digər qapıçısı Mikeli di Qreqorio İngiltərənin "Bornmut", Mattia Perinin isə İtaliyanın "Palermo" klubuna keçəcəyi bildirilib.
Qeyd edək ki, ötən mövsüm 37 matçda 71 qol buraxan qapıçının komandası Bundesliqanı tərk edib. "Yuventus" bu yay qapıçı xəttində ciddi yenidənqurma aparır. Turinlilər artıq "Tottenhem"dən (İngiltərə) Qulyeolmo Vikarionu transfer ediblər.
