İngiltərənin "Mançester Siti" klubu İspaniya təmsilçisi "Betis"in futbolçusu Natanla maraqlanır.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Şəhərlilər" 25 yaşlı müdafiəçinin vəziyyətini izləyir. La Liqa təmsilçisi maliyyə tələblərinə cavab verən təklif alsa, braziliyalı oyunçunu satmağa hazırdır.
Xatırladaq ki, Natanın "Betis"lə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.
