Fransalı futbolçu Kastello Lukeba "Barselona"ya keçə bilər

A- A A+

Almaniyanın "Leyptsiq" klubunun futbolçusu Kastello Lukeba karyerasını İspaniyada davam etdirə bilər.

NUHÇIXAN "Goal.com" nəşrinə istinadən xəbər verir ki, "Barselona" 23 yaşlı müdafiəçi ilə maraqlanır.

Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik fransalı oyunçunun heyətə cəlb olunmasını istəyir.

Xatırladaq ki, Kastello Lukebanın klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: