Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb - FOTOLAR
Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Musab Məmmədtağıyev Priştina şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 3 qızıl medal qazanıb.
NUHÇIXAN xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan atlet əvvəlcə birdənqaldırma hərəkətində 124 kiloqramlıq nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Musab Məmmədtağıyev təkanla qaldırma hərəkətində 145 kiloqramın öhdəsindən gələrək ikinci qızıl medalını qazanıb.
Beləliklə, iki hərəkətin cəmində 269 kiloqram nəticə göstərən atletimiz toplamda da Avropa birinciliyinin qızıl medalına sahib olub.
Qeyd edək ki, Musab Məmmədtağıyev ikinci pillənin sahibi Ermənistan təmsilçisi Hayk Movsisyanı 17 kiloqram qabaqlayıb.