Azərbaycan güləşçiləri U-20 dünya çempionatının sonuncu günündə iki medal qazanıblar

A- A A+

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U20 dünya çempionatının sonuncu yarış günündə 70, 74, 97 və 125 kq-da medalçılar müəyyənləşib.

NUHÇIXAN Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Hacı Kərimov (70 kq) finalda iranlı Sina Mehdi Xəlili ilə qarşılaşıb. Rəqibinə 3:7 hesabıyla məğlub olan Hacı gümüş medalı boynundan asıb.

Yusif Dursunov (125 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Aleksandre Abramişvili ilə güləşib. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən Yusif sonadək üstünlüyü davam etdirib və 6:0 hesablı qələbəylə dünya üçüncüsü olub.

Beləliklə, güləşçilərimiz gənclərin dünya çempionatında 9 (1 qızıl, 4 gümüş, 4 bürünc) medal qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: