İngiltərənin "Mançester Siti" klubu 18 yaşlı futbolçu Əyyub Buaddini 100 milyon avroya alıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə insayder Fabritsio Romano özünün "X" səhifəsində məlumat yayıb.
İndiyə qədər oyunçu Fransanın "Lill" klubunda çıxış edirdi. Onun keçidi ilə bağlı sövdələşmə tamamilə yekunlaşıb, "şəhərlilər"lə müqavilə 2031-ci ilə qədər imzalanıb.
Məlumata görə, fransızlar Buaddiyə görə xalis 95 milyon avro və bonus şəklində 5 milyon avro alacaqlar.
Buaddi Mərakeş yığmasında çıxış edir. O, 2026-cı il dünya çempionatında beş matçda oynayıb və bu oyunlarda məhsuldar hərəkətlə yadda qalmayıb. Bundan başqa, o, ötən klub mövsümündə 42 matç keçirib və bir məhsuldar ötürmə edib.
