Tanınmış futbolçu Fabinyo “Trabzonspor”a keçib

A- A A+

Braziliya millisinin sabiq futbolçusu Fabinyo karyerasını Türkiyədə davam etdirəcək.

NUHÇIXAN xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi azad agent kimi “Trabzonspor”a keçib. Təcrübəli oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Fabinyo son olaraq Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”da çıxış edib. Ərəb klubuna 2023-cü ildə İngiltərənin “Liverpul” komandasından transfer olunan Fabinyo bu müddət ərzində 111 matçda iştirak edib.

Qeyd edək ki, Fabinyo “Trabzonspor”da “Liverpul”dakı sabiq komanda yoldaşı Məhəmməd Salahla yenidən birgə çıxış edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: