"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Tvente" futbolçusu Sondre Eryaseterlə müqavilənin müddətini uzadıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Niderland təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı vingerin yeni sözləşməsi 2030-cu ilin yayınadək nəzərdə tutulub.
Norveçli oyunçu 2025-ci ildən "Tvente"nin formasını geyinir.
Xatırladaq ki, Niderlandda baş tutan ilk görüşdə "Qarabağ" rəqibini 1:0 hesabı ilə məğlub edib. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
