Çempionlar Liqası: "Sabah" “Hapoel”lə cavab oyununa çıxır

A- A A+

“Sabah” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

NUHÇIXAN xəbər verir ki, Bakı klubu İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: