"Fənərbağça"nın dörd futbolçusu "Lion"la oyunu buraxacaq

A- A A+

Türkiyənin "Fənərbağça" klubunun 4 futbolçusu Fransada "Lion"a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu buraxacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

Qapıçı Mert Günok, yarımmüdafiəçi Marko Asensio, müdafiəçi Çağlar Söyüncü və yarımmüdafiəçi Kerem Aktürkoğlu sözügedən matçda iştirak etməyəcəklər.

Xatırladaq ki, "Lion" - "Fənərbağça" görüşü avqustun 26-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Tərəflər arasında İstanbulda reallaşan ilk matçda qalib müəyyənləşməyib - 1:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: