UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb

A- A A+

Çempionlar Liqasında həftənin futbolçusu və qolu adına namizədlər açıqlanıb.

NUHÇIXAN UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iddiaçılar sırasına 4 oyunçu daxil edilib.

Bunlar İngiltərənin “Liverpul” klubunun futbolçuları Jorjinyo Veynaldum və Trent Aleksander-Arnold, “Tottenhem”dən isə Lukas Moura və Mussa Sissokodur.

Veynaldumun “dubl”u və Aleksander-Arnoldun məhsuldar ötürməsi “Liverpul”a yarımfinalda İspaniyanın “Barselona” klubu üzərində 4:0 hesablı ev, L.Mouranın “het-trik”i və Sissokonun ötürmələrindəki 84 faiz dəqiqlik “Tottenhem”ə Hollandiyada “Ayaks”la görüşdə 3:2 hesablı səfər qələbəsində yardımçı olub.

Qeyd edək ki, qalib UEFA-nın saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: