İngiltərə çempionatının dördqat qalibi, İngiltərə millisinin sabiq hücumçusu Rahim Sterlinq təhlükəli avtomobil idarə etmə ittihamı ilə iki ilədək həbs cəzası ala bilər.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə The Sun qəzeti xəbər yayıb.
Nəşrin məlumatına əsasən, Sterlinqə həmçinin azot oksidini saxlama və analiz verməkdən imtina ittihamları irəli sürülüb.
31 yaşlı futbolçu 2026-cı ildən Niderlandın "Feyenoord" klubunda çıxış edir. O, daha əvvəl "Liverpul", "Çelsi", "Arsenal" və "Mançester Siti" klublarında oynayıb.
Sterlinq "Mançester Siti"nin heyətində dörd dəfə İngiltərə çempionu olub, beş dəfə İngiltərə Liqa Kubokunu və bir dəfə İngiltərə Kubokunu qazanıb.
İngiltərə millisinin heyətində isə futbolçu 2021-ci il Avropa çempionatının gümüş, 2019-cu il Millətlər Liqasının bürünc medalçısı olub.
