Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının da ev sahibliyi etdiyi Avropa çempionatının C qrupunda bu gün növbəti oyununu keçirəcək.
NUHÇIXAN xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv qrup mərhələsinin IV turunda Belçika ilə qarşılaşacaq. Milli Gimnastika Arenasında keçiriləcək görüş saat 18:30-da başlayacaq.
Günün digər matçında İspaniya və Portuqaliya komandaları üz-üzə gələcəklər. Bu qarşılaşma saat 15:30-da start götürəcək.
Üç oyundan sonra 8 xalı olan Azərbaycan millisi Niderland və Belçika ilə birlikdə ilk 3 pilləni bölüşdürür. Yığma daha əvvəl Portuqaliyanı 3:1, İspaniyanı 3:0, Rumıniyanı 3:2 hesabı ilə üstələyib.
