“Naxçıvan 2019” Beynəlxalq Şahmat Festivalında səkkizinci turun nəticələri

A- A A+

 NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Naxçıvan şəhərində keçirilən “Naxçıvan 2019” Beynəlxalq  Şahmat Festivalının səkkizinci turunun nəticələri məlum olub.

“A” qrupunda yüksək reytinq uğrunda  mübarizə aparan şahmatçılardan  ilk 3 yeriTimurQareyev (ABŞ), Nicat Abbasov (Azərbaycan) vəOrtikNiqmatov (Özbəkistan) öz aralarında bölüşürlər.

Bu qrupda yer alan Naxçıvan şahmatçılarındanUrfanSevdimalıyevmasadan qalib kimi ayrılıb. Pərviz Qasımov və Sadiq Məmmədovsəkkizinci görüşü heç-heçə ilə başa vurublar. Toğrul Həsənzadə və Talıb Babayev isə məğlubiyyətlə barışmalı olublar.

“B” qrupuna bu dəfə də Bakı şahmatçısı Elxan Bayramov başçılıq edir. Ağdam  şahmatçısı Fariz Əhmədov və Bakı təmsilçisi Eldar ikinci və üçüncü pillələri bölüşürlər.

12 yaşadək şahmatçıların yer aldığı “C” qrupuna liderliyi yenə də Rusiya  şahmatçısı İlqar Məmmədov edir, digər yerləri isə Gəncə idmançısı Niyazi Qafarov və Qazaxıstan  təmsilçisi NazarTalqatovöz aralarında bölüşürlər. Qeyd edək ki, 9 turdan ibarət şahmat festivalı mayın 10-da yekunlaşacaq.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: