Azərbaycan boks millisi Avropa çempionatına Gürcüstanda hazırlaşacaq

A- A A+

Kişi boksçulardan ibarət Azərbaycan millisi Gürcüstanın Tsxaltubo şəhərində təlim-məşq toplanışı keçəcək.

Boks Federasiyasından NUHÇIXAN-a bildirilib ki, baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komanda hazırlığa bu gün 17 idmançı ilə yollanıb.

Boksçular sentyabrın 10-dək davam edəcək toplanışda Gürcüstan, Belarus və İsraillə birgə hazırlaşacaq, sınaq döyüşlərində güclərini yoxlayacaqlar.

Məşqlər Bolqarıstanda baş tutacaq Avropa çempionatına hazırlığın son mərhələsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: