“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

A- A A+

Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı. Təəssüf ki, alınmadı. Amma bu, bizim işimizdir. Qarşıda bizi çətin günlər gözləyir. Özümüzə gəlməli və yolumuza davam etməliyik.

NUHÇIXAN xəbər verir ki, bu sözləri “Hapoel” (Beer-Şeva) komandasının qapıçısı Ofir Marsiano UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Sabah”a 2:5 hesabı ilə məğlub olduqları oyundan sonra İsrail mətbuatına açıqlamasında deyib.

Təcrübəli qolkiper bildirib ki, komanda olaraq baş verənlərdən nəticə çıxarmaq lazımdır: “Biz həmişə irəliyə baxırıq. Futbolda əsas nəticədir, amma baş verənlərdən və keçdiyimiz yoldan da dərs çıxarmağa çalışırıq. Çempionlar Liqasına vəsiqə qazanmağa çox yaxın idik. Təəssüf ki, bu, baş vermədi. Buna baxmayaraq, əlimizdən gələni edən komanda yoldaşlarımla fəxr edirəm”.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Sheva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edərək liqa mərhələsinə vəsiqə qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: