Türkiyənin "Fənərbağça" klubu 18 ildən sonra UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirak etmək hüququ qazanıb.
NUHÇIXAN xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda səfərdə Fransanın "Lion" komandasını 2:1 hesabı ilə məğlub edib.
"Sarı-lacıvərdlilər"in qollarını Vedat Muriqi (24) və Arçi Braun (28) vurublar. Ev sahiblərinin heyətində isə Malik Fofana (61) fərqlənib.
İstanbulda keçirilən ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.
Beləliklə, iki oyunun nəticəsinə əsasən rəqibini 3:2 hesabı ilə üstələyən "Fənərbağça" 2008/09 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparacaq.
