“Mançester Siti” süni intellektlə hazırlanan yeni formalarını təqdim edib

A- A A+

İngiltərənin “Mançester Siti” klubu 2026/2027-ci illər mövsümü üçün süni intellektlə hazırlanan yeni oyun formalarını təqdim edib.

NUHÇIXAN klubun rəsmi saytına istinadən xəbər verir ki, bu forma peşəkar futbolda azarkeşlərin süni intellekt vasitəsilə hazırladığı dizayn əsasında yaradılan ilk nümunə kimi tarixə düşüb.

Formanın dizaynında “Puma AI Creator” adlı generativ süni intellekt alətindən istifadə edilib. Platforma istifadəçilərə yazılı təsvirlər əsasında bir neçə saniyə ərzində forma dizaynı hazırlamağa imkan verib.

2024-cü ilin dekabrında istifadəyə verilən platformaya dünyanın 200-dən çox ölkəsindən azarkeşlər qoşulub. Onlar üçüncü formanın necə görünməli olduğuna dair öz ideyalarını təqdim ediblər. Nəticədə 180 mindən çox fərqli dizayn hazırlanıb. Platformada 1,7 milyon nəfərin iştirak etdiyi səsvermədən sonra ən çox bəyənilən formalar seçilərək final mərhələsinə çıxarılıb.

2025-ci ilin yanvarında isə qalibi müəyyənləşdirmək üçün klubun dünya üzrə bütün azarkeşləri arasında sorğu keçirilib.

“Bu, üçüncü formadır, lakin öz növündə ilkdir - bizdən birinin hazırladığı və hamımızın seçdiyi forma”, - deyə “Mançester Siti”nin açıqlamasında deyilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: