Naxçıvan şahmatçısı beynəlxalq turnirdə uğur qazanıb

A- A A+

17-23 avqust 2026-cı il tarixlərində Türkiyənin Kapadokya şəhərində keçirilən II beynəlxalq Kapadokya açıq şahmat turniri təmsilçimiz üçün uğurla başa çatıb. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, yarışda 24 ölkədən ümumilikdə 924 idmançı mübarizə aparıb. 

Naxçıvan şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi, ustalığa namizəd dərəcəli Mirsaleh Seyidli turnirdə yüksək bacarıq göstərərək “B” qrupunun qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: