“Borussiya Dortmund”un yetirməsi “Qarabağ”da - FOTOLAR

A- A A+

Transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.

Klubdan NUHÇIXAN-a verilən məlumata görə, almaniyalı hücumameyilli yarımmüdafiəçi Reda Xadranın transferi ilə bağlı Fransanın “Reyms” klubu ilə danışıqlar uğurla yekunlaşıb.

Vingerlə 2+1 illik müqavilə imzalanıb. O, Ağdam təmsilçisinin heyətində 10 nömrəli formanı geyinəcək.

25 yaşlı futbolçu “Borussiya Dortmund”un yetirməsidir. 2021-ci ildə bu klubdan “Brayton”a keçən Xadra “Birmingem”, “Seffild Yunayted” və “Blekbern”də də forma geyinib. “Reyms”ə 2023-cü ildə transfer olunan oyunçu “Havr”da da çıxış edib. O, Almaniyanın U-18 və U-21 milli komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, Reda Xadra yay transfer pəncərəsində “Qarabağ”ın 9-cu transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi və Cebrail Makreçkis komandaya qoşulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: