Harri Keyn Bundesliqada tarixi rekorda yaxınlaşır

A- A A+

“Bavariya” komandasının hücumçusu Harri Keyn Almaniya Bundesliqasında tarixi rekorda yaxınlaşır.

NUHÇIXAN xəbər verir ki, ingiltərəli forvard çempionatda keçirdiyi 94 oyunda 98 qol vurub. O, növbəti iki qolunu vuracağı təqdirdə 100 qola çatacaq.

Bundesliqada 100 qola ən az oyunda çatan futbolçu isə Diter Müller olub. “Köln”ün sabiq hücumçusu bu göstəriciyə 129 matçda nail olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: