"Gəncə" daha bir basketbolçunu heyətinə cəlb edib.
Klubdan NUHÇIXAN-a verilən məlumata görə, ABŞ-dən olan Kobi Maqi yeni mövsümün sonunadək Nizami yurdunun təmsilçisinin şərəfini qoruyacaq.
Müdafiəçi mövqeyində oynayan Kobi 195 santimetr boya malikdir.
23 yaşlı basketbolçu ilk dəfə legioner həyatı yaşayacaq. O, bunadək yalnız vətənində çıxış edib.
