"Çelsi"nin müdafiəçisi Mamadu Sarr icarə əsasında "Real Sosyedad"a keçib

A- A A+

İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Mamadu Sarr icarə əsasında "Real Sosyedad"a (İspaniya) keçib.

NUHÇIXAN-ın xarici mediaya istinadən məlumatına görə, 20 yaşlı seneqallı futbolçu ilə 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

"Çelsi" M.Sarrı 2025-ci ilin yayında "Strasburq"dan transfer edib. Müdafiəçi komandanın heyətində klublararası dünya çempionatında debüt edib, sonra icarə əsasında Fransa klubuna qayıdıb.

2026-cı ilin fevralında "Çelsi" Sarrı icarədən vaxtından əvvəl qaytarıb. Müdafiəçi London klubunda 7 oyun keçirib.

Onun "Çelsi" ilə müqaviləsinin müddəti 2033-cü il iyunun sonuna qədər nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: