Azərbaycan idmançıları Avropa çempionatında mübarizə aparacaqlar

A- A A+

Azərbaycanın idman dırmanması üzrə milli komandasının üzvləri Fransanın Laval şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Azərbaycan Alpinizm Federasiyasından NUHÇIXAN-a bildirilib ki, avqustun 28-dən 30-dək davam edəcək yarışda ölkəmizi Çingiz Tağızadə, Leyla Əhmədova və Sima Səfərova təmsil edəcəklər.

İdmançılar sürət və çətinlik növlərində mübarizə aparacaqlar.

Azərbaycan komandasına yarışda Aysel Sultanova rəhbərlik edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: