İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal karyerasında ən uzun qolsuz və assistisiz seriyasını keçir.
NUHÇIXAN xəbər verir ki, 19 yaşlı ispaniyalı futbolçu ardıcıl 8 rəsmi matçdır qol vurmur və məhsuldar ötürmə etmir. Hücumçu sonuncu dəfə iyunun 21-də, İspaniya millisinin 2026-cı il dünya çempionatında Səudiyyə Ərəbistanını 4:0 hesabı ilə məğlub etdiyi oyunda qol vuraraq fərqlənib.
Dünən İspaniya çempionatında “Atletik”ə qarşı keçirilən matçda L.Yamal qapıya 7 zərbə endirib, onlardan 3-ü çərçivəyə düşüb.
Qeyd edək ki, futbolçu “Barselona”nın əsas komandasında 2023-cü ilin aprelində debüt edib. O, kataloniyalıların heyətində 153 matç keçirib, 49 qol vurub və 52 məhsuldar ötürmə edib. İspaniya millisində isə 33 oyuna 7 qol vurub və 13 assist edib.
