FIFA Argentina millisinin futbolçularına verilən cəzaları yüngülləşdirib

A- A A+

FIFA Argentina millisinin futbolçuları Leandro Paredes və Nahuel Molinanın cəzalarını hazırlıq matçlarında çəkməsinə icazə verib.

NUHÇIXAN “Goal”a istinadən xəbər verir ki, oyunçular 2026-cı il dünya çempionatının finalından sonra baş verən insidentə görə cəzalandırılıblar. Paredes 10, Molina isə 7 oyunluq cəza alıb. Onlar cəzalarını milli komandanın yoldaşlıq görüşlərində çəkə biləcəklər.

Argentina Futbol Assosiasiyası bununla bağlı FIFA-ya müraciət edib. FIFA-nın İntizam Komitəsi müraciəti qəbul edib. Bununla yanaşı, Argentina Futbol Assosiasiyası qərarlara etiraz etməyə hazırlaşır. Qurum FIFA-nın Apellyasiya Komitəsinə müraciət edəcək. Zərurət yaranacağı halda məsələ İdman Arbitraj Məhkəməsinə (CAS) çıxarıla bilər.

Xatırladaq ki, Argentina mundialın finalında İspaniyaya 0:1 hesabı ilə uduzub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: