Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
NUHÇIXAN xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Açılış matçında “Qəbələ” öz meydanında “Şamaxı”nı qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq.
Günün digər oyununda “Şəfa” “SOCAR Polymer Arena”da “İmişli” ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:15-də start götürəcək.
Qeyd edək ki, turun digər matçları avqustun 30-31-də təşkil olunacaq.
