“Çelsi” yeni rekorda imza atıb

A- A A+

Londonun “Çelsi” futbol klubu Avropa Liqasında ardıcıl məğlubiyyətsizlik seriyasını 17-yə çatdıraraq yeni rekorda imza atıb.

NUHÇIXAN xəbər verir ki, London klubu Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında 11 metrlik cərimə zərbələrində “Ayntraxt”ı məğlub edib. Avropa Liqasında son məğlubiyyətindən sonra “Çelsi” komandası 14 qələbə qazanıb və üç dəfə heç-heçə edib.

İngiltərə təmsilçisi Avropa Liqasının onaltıdabir final mərhələsində “Malmö”nü (2: 1 və 3: 0), səkkizdəbir finalda “Dinamo Kiyev”i (3: 0, 5: 0), dörddəbir finalda isə “Slaviya Praqa”nı (1:0 və 4:3) məğlub edib.

Qeyd edək ki, mayın 29-da Bakıda keçiriləcək final oyununda “Çelsi” komandası “Arsenal”la qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: