Azərbaycanın deflimpiyaçı cüdoçusu tarixi uğura imza atıb

A- A A+

Azərbaycanın deflimpiyaçı cüdoçusu Coşqun Əliyev İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən “Ecole Mont-Olivet Deaf Judo Masters Top 18” turnirində qızıl medal qazanıb.

NUHÇIXAN xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı dairəvi sistem üzrə keçirilən yarışda üç görüş keçirib.

Yarışa inamlı start verən Coşqun Əliyev ilk görüşündə 2025-ci il Deflimpiya çempionu, braziliyalı Dantes Pedro ilə qarşılaşıb. Təmsilçimiz rəqibini 2:0 hesabı ilə məğlub edib.

İkinci görüşdə qazaxıstanlı Aktinberk Kakitayevə 0:1 hesabı ilə uduzsa da, cüdoçumuz son qarşılaşmada türkiyəli Nurullah Dündarı ipponla məğlub edərək turnirin qalibi olub.

Beləliklə, Coşqun Əliyev güclü rəqiblərin yer aldığı mötəbər yarışda qızıl medal qazanaraq “Masters Top 18” turnirinin ilk azərbaycanlı qalibi kimi tarixə düşüb.

Bu nəticə ilə eşitmə qabiliyyəti məhdud idmançılar arasında Azərbaycan cüdosunda daha bir ilkə imza atılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: