Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib

A- A A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

NUHÇIXAN xəbər verir ki, günün ikinci matçında “Şəfa” “SOCAR Polymer Arena”da “İmişli” ilə üz-üzə gəlib. Görüş İmişli təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 55-ci dəqiqədə Seyxan Fərəcov vurub.

Açılış görüşündə isə “Qəbələ” öz meydanında “Şamaxı”nı qəbul edib. Oyun qolsuz heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, turun digər matçları avqustun 30-da və 31-də təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: