Futzal üzrə Çempionlar Liqası: “Araz-Naxçıvan”ın bütün rəqibləri bəlli olub

A- A A+

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 5-ci qrupdakı komandaların hamısı müəyyənləşib.

Azərbaycan Futzal Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, ilkin mərhələ oyunlarından sonra C qrupunun qalibi “Buba Mara” və D qrupunun lideri “Uypeşt” “qırmızı-ağlar”ın rəqibi olub.

İyulun 8-də keçirilən püşkə əsasən, 5-ci qrupa E qrupunun qalibi düşməli idi. Ancaq həmin qrupun lideri Ermənistan çempionu “Unisport” olub. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda yer ala bilməz.

Buna görə də E yox, D qrupunun qalibi 5-ci qrupa vəsiqə qazanıb.

Bu mərhələnin oyunları oktyabrın 27-dən noyabrın 1-dək Polşada keçiriləcək. 5-ci qrupda “Piast” (Polşa), “Araz-Naxçıvan” (Azərbaycan), “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypeşt” (Macarıstan) komandaları güclərini sınayacaqlar.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu turnirdə sayca 21-ci dəfə iştirak edəcək. Təmsilçimiz bu göstəricidə yalnız Qazaxıstanın “Kayrat” klubundan geri qalır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: