"Mançester Siti" Qakponun "Liverpul"dan transferi üçün 99 milyon avro təklif etməyə hazırdır

A- A A+

İngiltərənin "Mançester Siti" klubu oyunçunun ətrafı ilə razılıq əldə etdikdən sonra yarımmüdafiəçi Kodi Qakponun "Liverpul"dan keçidi üçün 85 milyon funtt sterlinq (99 milyon avro) təklif etməyə hazırlaşır.

NUHÇIXAN xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin məlumatına görə, "şəhərlilər" sövdələşməni tamamlamaq üçün səylərini artırırlar. "Mançester Siti" "Liverpul"un satışı təsdiqləməsini gözləyir - 27 yaşlı oyunçuya əvəzedici tapdıqdan sonra.

Niderlandlı 2023-cü ilin yanvarından mersisaydlıların heyətində çıxış edir. Oyunçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 60 milyon avro olaraq qiymətləndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: