ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi MLS-in müntəzəm çempionatının matçında cərimə zərbələrindən dubl edərək braziliyalı sabiq futbolçu Jairə çatıb.
NUHÇIXAN "Sudanalytics" statistika portalına istinadən xəbər verir ki, 39 yaşlı argentinalı forvard "Monreal"a 7:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada fərqlənib.
O, karyerası ərzində cərimə zərbələrindən 74-cü qolunu vurub və bu nəticə ilə braziliyalı Jairlə birlikdə ikinci yeri bölüşdürür. Siyahıda birinci yeri Marselinyo Karioka (78 qol) tutur. Dördüncü sırada Roberto Dinamite (73 qol), beşinci pillədə isə Juninyo Pernambukano (72 qol) qərarlaşıb.
Qeyd edək ki, 2026 mövsümündə 23 matçda meydana çıxan hücumçu 21 qol vurub və 10 məhsuldar ötürmə edib.
