Conatan Devid karyerasını "Atletiko"da davam etdirə bilər

A- A A+

Kanada millisinin və "Yuventus"un hücumçusu Conatan Devid İspaniya La Liqası təmsilçisi Madrid "Atletiko"sunun maraq dairəsinə düşüb.

NUHÇIXAN insayder Nikolo Şiraya istinadən xəbər verir ki, Turin klubu 26 yaşlı forvardı məcburi satınalma öhdəliyi ilə icarəyə verməyə hazırdır.

Lakin bunun üçün İtaliya klubunun müəyyən şərtləri yerinə yetirilməlidir.

Qeyd edək ki, kanadalı futbolçu 2025-ci ilin yayından "Yuventus"da çıxış edir. Onun klubla qüvvədə olan müqaviləsi 2030-cu ilin iyun ayının sonunadək nəzərdə tutulub və oyunçunun dəyəri 30 milyon avro təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: