Serbiyalı tennisçi Novak Cokoviç “US Open”də mübarizəni ilk mərhələdə dayandırıb
NUHÇIXAN xəbər verir ki, 39 yaşlı tennisçi turnirin ilk raundunda argentinalı Mariano Navoneyə 2:3 hesabı ilə uduzub. Tennisçilər kortda 4 saat 40 dəqiqə mübarizə aparıblar.
Bu məğlubiyyətdən sonra hazırda ATP reytinqində beşinci pillədə qərarlaşan tennisçi yenilənmiş siyahıda 11-ci pillədən yuxarı qalxa bilməyəcək. O, sonuncu dəfə 2018-ci ilin iyulunda ATP reytinqinin ilk 10-luğundan kənarda qalıb.
Serbiyalı tennisçi, həmçinin 20 ildən sonra ilk dəfə “Böyük Dəbilqə” turnirində ilk turda mübarizəni dayandırıb. O, sonuncu dəfə 2006-cı ildə Avstraliya Açıq Çempionatında ilk turda məğlub olub.
Qeyd edək ki, N.Cokoviç 24 “Böyük Dəbilqə” turnirinin qalibidir. O, həmçinin ATP reytinqinin zirvəsində ən çox – 428 həftə qalan tennisçi kimi rekordçudur.
