“Atletiko” “Yuventus”un futbolçusunu icarəyə götürmək istəyir

A- A A+

İspaniyanın “Atletiko Madrid” klubu İtaliyanın “Yuventus” komandasının kanadalı hücumçusu Conatan Devidi icarəyə götürmək istəyir.

NUHÇIXAN xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Madrid təmsilçisi Turin klubuna 26 yaşlı futbolçunu icarəyə götürmək və mövsümün sonunda onun transfer hüququnu əldə etmək şərti ilə təklif göndərib. Hücumçunun özü də İspaniya klubuna keçməyə müsbət yanaşır.

Qeyd edək ki, tərəflər hazırda müqavilənin detalları ilə bağlı danışıqları davam etdirirlər və razılaşmanı bu gün rəsmiləşdirməyə çalışırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: