Usman Dembele PSJ klubu ilə müqaviləsini 2030-cu ilədək uzadacaq

A- A A+

Fransanın PSJ komandasının aparıcı futbolçusu Usman Dembele klubla yeni müqavilə imzalamağa hazırlaşır.

NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, hücumçunun yeni müqaviləsi 2030-cu ilin iyun ayınadək qüvvədə olacaq. 29 yaşlı futbolçuya bu yay Səudiyyə Ərəbistanı klublarından təkliflərin olduğu bildirilirdi.

Fransalı oyunçu ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 53 matçda 35 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: