Türkiyənin “Qaziantep” komandası baş məşqçisi Mirel Radoi ilə yollarını ayırıb.
NUHÇIXAN klubun rəsmi saytına istinadla xəbər verir ki, rumıniyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
“Qaziantep” onun rəhbərliyi altında bu mövsüm Superliqada keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə isə məğlub olub.
