"Portu" "Tottenhem"in müdafiəçisi Juan Souzanı icarəyə götürüb

A- A A+

Portuqaliyanın "Portu" klubu "Tottenhem"in (İngiltərə) müdafiəçisi Juan Souzanı icarəyə götürüb.

NUHÇIXAN İngiltərə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı braziliyalı futbolçu ilə müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Müdafiəçi 2026-cı ilin yanvarından "Santos"dan transfer olunduğu London təmsilçisinin heyətində çıxış edir. Onun İngiltərə klubu ilə müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədədir.

Qeyd edək ki, Juan Souza 2025/2026 mövsümündə Premyer Liqada 4 matça çıxıb və məhsuldar göstəricilərlə yadda qalmayıb. "Transfermarkt" portalı onun dəyərini 12 milyon avro qiymətləndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: