Qadın voleybolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının 1/8 final mərhələsində mübarizə aparacaq.
NUHÇIXAN xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi milli komanda növbəti görüşündə Türkiyə seçməsi ilə qarşılaşacaq.
İstanbulda yerləşən “Sinan Erdem” İdman Salonunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması Bakıda təşkil olunan C qrupunda 8 xal toplayaraq üçüncü yeri tutub və pley-off mərhələsinə yüksəlib.
