“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının tarixinə düşüb.
NUHÇIXAN xəbər verir ki, ispaniyalı mütəxəssis “Dumanlı Albion”da futbolçu və baş məşqçi kimi ümumilikdə 500-dən çox oyun keçirən ikinci məşqçi olub.
O, futbolçu karyerası ərzində “Everton” və “Arsenal”ın heyətində 284 matçda iştirak edib. Arteta “Arsenal”ın baş məşqçisi kimi isə İngiltərə Premyer Liqasında 250-ci oyununa çıxıb. Bununla da onun Premyer Liqadakı ümumi oyunlarının sayı 534-ə çatıb.
Arteta bu göstəricidə yalnız Mark Hyuzdan geri qalır. Uelsli futbol adamı İngiltərə çempionatında oyunçu kimi 297, baş məşqçi kimi isə 466 matç keçirib.
Qeyd edək ki, Mikel Arteta 2019-cu ildən “Arsenal”a rəhbərlik edir. Bu müddət ərzində o, İngiltərə Kubokunu, üç dəfə İngiltərə Superkubokunu qazanıb. Həmçinin ötən mövsüm “topçular”ı 22 ildən sonra ilk dəfə İngiltərə Premyer Liqasının çempionu edib. “Arsenal” ötən mövsüm Artetanın rəhbərliyi altında UEFA Çempionlar Liqasının finalına yüksəlsə də, həlledici görüşdə Fransa çempionu PSJ-yə məğlub olub.
