Fransanın PSJ klubunun futbolçusu Joau Neveş məşqə gəldiyi avtomobillə diqqət mərkəzinə düşüb.
NUHÇIXAN xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi klubun məşq bazasına 2021-ci il istehsalı olan “Peugeot Partner” markalı avtomobillə gəlib.
PSJ-dən ildə təxminən 8,5 milyon avro qazanan portuqaliyalı oyunçunun addımı sosial şəbəkələrdə geniş müzakirə olunub. Neveş bazanın qarşısında azarkeşlərə avtoqraf da verib.
Məlumata görə, futbolçunun istifadə etdiyi avtomobilin təxmini qiyməti 8,2 min avrodur. Bu məbləğ Joau Neveşin təxminən 8 saatlıq qazancına bərabərdir.
